Son günlər koronavirusa yoluxma ilə bağlı rəqəmlər 10, 20 nəfər artır - Qərargah

11:52 02.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Son günlər bütün respublika ərazisində virusun aşkarlanması olur".

Hafta.az xəbər verir ki, bu haqda Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfrasında qərargahın üzvü, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib.

Y.Qarayevanın sözlərinə görə, artıq rəqəmlər son günlər 10, 20 nəfər artır:

"Bütün bölgələrdə test aparılır. Məqsəd virusa yoluxan şəxsləri tez aşkarlamaq, onları və ətrafındakıları izolyasiya etməkdir. Artıq ölkədə insanlar arasında yoluxma var. Bu gün təkcə xaricdən gəlmə hadisələrindən danışmırıq".

TƏBİB-in şöbə müdiri qeyd edib ki, bu gün tək qorunma yolu özünü izolyasiya yoludur:

"Bunun xüsusi peyvəndi, dərmanı yoxdur. Hazırda bu xəstəlikdən qorunma yolu hər bir vətəndaşın özünü izolyasiya etməsidir" .

Oxunma sayı 30
Siyasət rubrikasından digər xəbərlər