Su anbarında bir nəfər batıb

22:16 23.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Tovuz rayonu ərazisində Şəmkir su anbarında 1 nəfərin batması barədə məlumat daxil olub.

Nazirlikdən hafta.az-a verilən məlumata görə, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Hazırda axtarış işləri həyata keçirilir.

Oxunma sayı 83