Sudanın sabiq prezidentinə 2 il həbs cəzası verildi

20:10 14.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xartum məhkəməsi Sudanın keçmiş prezidenti Ömər əl-Bəşiri iki il müddətinə azadlıqdan məhrum edib.

"Al-Arabiya" telekanalı xəbər verir ki, sabiq dövlət başçısı korrupsiya cinayətinə görə həbs cəzası alıb.

Hərbi Prokurorluğun müstəntiqləri əl-Bəşirin iqtidardan kənarlaşdırılması ərəfəsində yaşadığı evdə axtarış aparıblar və 6 milyon avro, 351 min dollar, həmçinin beş milyard Sudan funtu (təxminən 105 milyon dollar) aşkar edərək götürüblər.

Fakt üzrə keçmiş prezidentə qarşı külli miqdarda xarici valyutaya sahib olmaq, korrupsiya və qanunsuz hədiyyələr almaq ittihamı irəli sürülüb.