Sumqayıtda ana və övladları 11 gündür itkindir

16:27 13.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıtda ana və 2 azyaşlı övladı 11 gündür itkin düşüb.

 

Hafta.az xəbər verir ki, bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsindən məlumat verilib.

 

Məlumata görə, Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbəsində fərdi yaşayış evində yaşayan Sənəm Həsənova ŞPİ-nin 3-cü PB-ə müraciət edərək bildirib ki, mayın 2-də 1991-ci il təvəllüdlü gəlini Şəbnəm Alıyeva azyaşlı 2 övladı - 2012-ci il təvəllüdlü Ayan Nəsrəddin qızı Alıyevanı və 2013-cü il təvəllüdlü Ayxanı 4-cü mikrorayonda yaşadıqları evdən götürərərək gedib və bir daha geri qayıtamayıb.

 

Hər 3 şəxsin axtarışları davam etdirilir.