Sumqayıtda Lənkəran sakinləri narkotiklə tutuldu

12:49 16.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıtda keçmiş məhkumlardan narkotik vasitə götürülüb.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilən məlumat əsasında Sumqayıt şəhəri ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayon sakinləri, əvəllər məhkum olunmuşlar - M.Cəfərov və Ş.Əliyev saxlanılıb.

Şəxsi axtarış zamanı M.Cəfərovdan 105 qrama yaxın, Ş.Əliyevdən isə 50 qramdan artıq heroin aşkar edilərək götürülüb.