Süni dadlandırıcılar insanları infarkta sqürükləyir

10:00 02.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Yeni araşdırma şəkərin ən məşhur təbii alternativlərindən olan steviyanın insanlarda ciddi sağlamlıq problemlərinə, ən əsası isə infarktlara səbəb ola biləcəyini ortaya çıxarıb.

Hafta.az-ın CNN-ə istinadən yazdığına görə, araşdırma steviya bitkisində tapılan süni dadlandırıcı olaraq bilinən eritritolla qan laxtalanması, infarkt və insult arasında əlaqə olduğunu sübut edib.

Eritritol təbii olaraq bir çox meyvə və tərəvəzdə olan şəkər spirtidir, şəkərin şirinliyinin 70 faizini təşkil edən dada malikdir və kalorisiz sayılır.

Tədqiqat qrupu qanda infarkt, insult və ölümə səbəb ola biləcək naməlum kimyəvi maddələr arasında risk fermentlərini tapmaq üçün 2004-2011-ci illər arasında ürək xəstəliyi risk faktorları olan 1157 amerikalının qanını təhlil edib. Tədqiqatçılar eritritolun bu kontekstdə mühüm rol oynadığını aşkar ediblər. Bunu təsdiqləmək üçün tədqiqat qrupu ABŞ-da 2100-dən çox insanın digər qan nümunələrini və 2018-ci ilə qədər Avropadakı həmkarları tərəfindən götürülmüş 833 nümunəni də sınaqdan keçirib. Nəticədə məlum olub ki. iştirakçıların təxminən dörddə üçündə koronar arteriya xəstəliyi və ya yüksək qan təzyiqi, təxminən beşdə birində isə diabet var.

Onların yarıdan çoxu 60-70 yaşlarında olan kişilər olub.

Tədqiqatçılar həmçinin yüksək eritritol səviyyələrinin 3 il ərzində infarkt, insult və ya ölüm riskinin artması ilə əlaqəli olduğunu aşkar ediblər. Qeyd ediblər ki, şəkərli diabet kimi ürək xəstəlikləri üçün risk faktorları olan insanların qanında yüksək səviyyədə eritritol varsa, infarkt və ya insult keçirmə ehtimalı iki dəfə çoxdur.

“Nature” jurnalında dərc edilən araşdırma məqaləsində “Qanda eritritolun səviyyəsinin hər 25 faiz artması infarkt və insult riskinin iki dəfə artması ilə əlaqələndirilir” deyilir.

Klivlend Klinik Xəstəxanası yanında Lerner Tədqiqat İnstitutunun ürək-damar və metabolik elmlər departamentinin rəhbəri Stanley Hazen deyi: “Biz tədqiqatda böyük rol oynayan bu maddəni tapdıq, lakin onun nə olduğunu bilmirdik. Sonra biz bunun eritritol, bir dadlandırıcı olduğunu kəşf etdik. İnsan bədəni təbii olaraq eritritol istehsal edir, lakin az miqdarda. Bu, ölçülmüş səviyyələri izah etmir".

Eritritolun trombozu artırdığını və ya qanın laxtalanmasını tətiklədiyini söyləyən Dr. Hazen açıqlamasına belə davam edib: "Laxtalanma, infarkt və təzyiq riski olanlar üçün (məsələn, mövcud ürək xəstəliyi olan və ya diabetli insanlar) daha çox araşdırma aparılana qədər eritritoldan uzaq dur" demək üçün kifayət qədər məlumat var".

Oxunma sayı 184