Suraxanıda ağacəkmə aksiyası keçirildi - FOTO

13:29 08.11.2019 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

“Regional inkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə 9 noyabr – Dövlət  Bayrağı Gününə  həsr olunan ağacəkmə aksiyası keçirilidi.

 Aksiya “Regional İnkişaf” İctimai Birliyinin “Təbiət naminə birləş, həyat naminə birləş!” layihəsi çərçivəsində həyata keçirildi. Xatırladaq ki, aksiya Qaraçuxur qəsəbəsi, Şərq Yaşayış massivində təşkil olundu.  “Həftə içi”nin əməkdaşı kimi biz də həmin aksiyada olduq. Aksiya, təxminən, saat 11:00-da başladı. Əraziyə çoxli sayda  şam ağacları gətirildi.

 Aksiyada iştirak edən gənclər xüsusi yaşıl geyimdə idi, onlar böyük həvəslə işə can yandırırdılar. Bu da onların təbətə bağlılıqlarından, yaşıllığa olan sevgisindən irəli gəlirdi.

 Nurəngiz Abbasova aksiyaya həvəslə qatıldığını dedi: ”Biz bu ağacları ona görə əkirik ki, ətraf mühiti yaşıllaşdıraq, sağlam ekoloji mühit yaradaq.Yaşıllıq həm də torpaq sürüşməsinin qarşısını alır, insanları ekoloji fəlakətlərdən uzaq edir. Yaşıllıq sağlamlıqdır. Havanı oksigenlə zənginləşdirir. Yaşıllıq həm də gözəllikdir.  Baxmayaraq ki, yaşım azdır, gəncəm, amma təbiəti, xüsusilə də yaşıllığı çox sevirəm. Təbiət elmi haqqında məlumatım var. Söz düşmüşkən deyim ki, bir ağac il ərzində iki insanın oksgenini verir”.

Mirhəməd Abdullayev söylədi ki, ağacı ona görə əkirik ki, təbiətə oksgen verir: ”Təbiəti və ekoloji mühiti qorumaq üçün gəncləri, bütün insanları “Təbiət naminə, həyat naminə” birliyə çağırırıq. Ona görə də hərəyə bir ağac əkək və onlara qulluq edib böyüdək. Axı yaşıllıq həm də sağlamlıq deməkdir. Uzunömürlü və sağlam olmaq üçün ilk öncə yaşadığımız rayon və qəsəbədə yaşıllığa fikir vermək və onları qorumaqla yanaşı, çoxlu sayda ağac əkib sayını artırmalıyıq. Bu gün biz gənclər ağac əkməklə qəsəbəmizi yaşıl ortüyə bürüdük. Qəsəbəmiz daha da gözəlləşdi”.

 Sonda aksiya iştirakçıları əllərində Azərbaycan bayraqları ilə birgə xatirə fotosu çəkdirdilər.