Suriyada 1 türk əsgəri şəhid olub

10:52 20.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə ordusunun Suriyada keçirdiyi "Barış pınarı" əməliyyatı çərçivəsində 1 hərbi qulluqçu şəhid olub.

Bu barədə türk mətbuatı xəbər yayıb. Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, Türkiyə hərbçisi kəşfiyyat-müşahidə missiyası zamanı PKK/YPG terrorçularının açdığı atəş nəticəsində şəhid olub.

Atəş zamanı həmçinin daha 1 türk əsgəri yaralanıb.