Suriyada Milad bayramı istirahət günü elan edildi

18:44 24.12.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Suriyanın yeni hakimiyyət orqanları rəsmi olaraq katolik Milad bayramını ölkədə istirahət günü elan ediblər. RİA Novosti bu barədə “Əl-Vatan” qəzetinə istinadən xəbər verir.

Dövlət qulluqçuları dekabrın 25 və 26-da istirahət edəcəklər.

Yalnız fəaliyyəti zəruri olan qurumlar və ixtisaslaşdırılmış idarələr fəaliyyətini davam etdirəcək.

Ləman