Suriyadan çıxarılan hərbçilər İraqda qalmayacaq

18:51 22.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Suriyadan çıxardığı hərbçilərini İraqda saxlamayacaq.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanına səfəri zamanı ABŞ-ın Müdafiə naziri Mark Esper deyib.

O, həmin hərbçilərin ABŞ-a dönəcəyini qeyd edib, həmçinin bu məsələni sabah iraqlı həmkarı ilə müzakirə etmək niyyətində olduğunu açıqlayıb.