“Survivor All Star 2024”də yarışacaq daha bir məşhurun adı açıqlandı - FOTO

14:28 12.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin TV8 kanalında yayımlanacaq “Survivor All Star 2024” populyar yarışmasının daha bir məşhur iştirakçısının adı məlum olub.

Hafta.az xəbər verir ki, bu barədə TV8-in rəhbəri və “Survivor All Star 2024”ün təşkilatçısı Acun Ilıcalı bildirib.


Onun sözlərinə görə, Survivor tarixinin əfsanəvi ismi Turabi Camkıran 3-cü dəfə çempion olmaq üçün “All Star 2024”ə gəlir.


Xatrıladaq ki, indiyədək Nihat Altınkaya, Nagihan Karadere, Ogeday Girişken, Damla Can, Sercan Yıldırım, Aleyna Kalaycıoğlunun “Survivor All Star 2024”də yarışacağı elan edilmişdi.

Sırada hansı məşhur adların olacağı maraqla gözlənilir.

“Survivor All Star 2024” tezliklə TV8-də yayımlanacaq.

 

 

Oxunma sayı 150