Yazını böyüt
Yazını kiçilt
Dövlət Tərcümə Mərkəzi ölkədə elan edilmiş “Şuşa İli”nə töhfə olaraq Azərbaycanın musiqi və mədəniyyət beşiyi Şuşanın qədim tarixindən, beynəlxalq ticarət əlaqələrindən, xalçaçılıq, dulusçuluq, zərgərlik və digər peşələrin yaranma və inkişafı mərhələlərindən bəhs edən “Şuşa – sənətkarlıq və ticarət mərkəzi” adlı sənədli videoçarx hazırlayıb.
Tərcümə Mərkəzindən hafta.az-a bildirilib ki, beynəlxalq internet məkanında Azərbaycan, ingilis, rus, ispan, fransız, alman, türk, çex, gürcü, fars, ərəb və Ukrayna dillərində yayınlanacaq videoçarx xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirlik və nümayəndəliklərinə, eləcə də bir çox dünya kütləvi informasiya vasitələrinə göndərilib.