Bədii qiraət müsabiqəsi başladı

15:15 19.10.2011
Yazını böyüt
Yazını kiçilt
Teatr Xadimləri İttifaqında bədii qiraət ustası, tanınmış aktyor-rejissor Həsən Əblucun xatirəsinə həsr olunmuş “Hər şeydən yüksəkdir sözün məqamı“ adlı bədii qiraət müsabiqəsi başlayıb. Yüksək bədii-təşkilati səviyyədə keçirilən müsabiqənin əsas məqsədi gənclər arasında bədii qiraətə marağı artırmaq, onların yaradıcılıq imkanlarını genişləndirmək, yeni istedadları üzə çıxarmaqdır.
Tanınmış incəsənət xadimlərinin, tələbələrin iştirak etdikləri tədbirdə Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemət bildirib ki, Azərbaycan teatr sənətində qiraət böyük yer tutur. Bu sahədə xüsusi istedadı ilə seçilən sənətkarımız Həsən Əblucun xatirəsinə həsr olunmuş müsabiqə bədii qiraət sənətini yaşatmaq xarakteri daşıyır.
Müsabiqəyə qatılan iştirakçılar arasında yaş məhdudiyyəti qoyulmayıb və yarışmaya gənclərlə yanaşı, yaşlı aktyorlar da qoşula bilər. İştirakçıların arasından qalibləri müəyyənləşdirmək üçün münsiflər heyəti yaradılıb. Münsiflər heyətinin sədri Xalq artisti Əminə Yusifqızıdır.
Daha sonra respublikamızda fəaliyyət göstərən müxtəlif teatrlardan müsabiqəyə qoşulan 30 iştirakçı arasında püşkatma mərasimi keçirilib. Oktyabrın 18-də bədii qiraət müsabiqəsi yekunlaşacaq və qaliblərin mükafatlandırılması mərasimi keçiriləcək.



Nigar