Şuşaya növbəti sərnişin avtobus reysi yola düşüb

09:00 29.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı-Şuşa marşrutu üzrə işləyən növbəti sərnişin avtobusu bu bu gün səhər saatlarında yola düşüb.

Hafta.az xəbər verir ki, sərnişinlərlə dolu avtobus 06:30-da Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksindən reysı çıxıb.


Qeyd edək ki, Bakı-Şuşa-Bakı biletinin bir istiqamətə olan qiyməti 10,4 manat təşkil edir.

Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər. Biletləri elektron qaydada "yolumuzqarabaga.az" portalından əldə etmək olar.
 

İişğaldan azad edilmiş ərazilərə yanvarın 24-dən sərnişin avtobuslarının müntəzəm reysləri başlayıb. 

Oxunma sayı 42