Suya düşmüş iti FHN xilas etdi

11:37 14.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Səbail rayonunda ev heyvanının su hovuzuna düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə hafta.az nazirliyə istinadən xəbər verir.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən suya düşmüş it xilas edilib.