Taekvondoçumuz Yaponiya Qran-prisinin qalibi olub

20:27 15.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan taekvondoçusu Milad Beiqi Harçeqani Yaponiyanın Çiba şəhərində keçirilən Qran-pri turnirində qızıl medal qazanıb.

Hafta.az xəbər verir ki, 80 kiloqram çəki dərəcəsində mübarizəyə qoşulan Olimpiya mükafatçımız bütün rəqiblərinə qalib gəlib.

İkiqat dünya çempionumuz fransalı İsmail Souhil, ispaniyalı Daniel Barrera və italiyalı Simon Allesionu mübarizədən kənarlaşdıraraq yarımfinala yüksəlib. Finala vəsiqə uğrunda xorvatiyalı Toni Kanaetlə döyüşdən də qalib ayrılan təmsilçimiz həlledici qarşılaşmada rusiyalı Anton Kramtçovu da məğlub edib. O, bununla aktivinə 40 reytinq xalı yazdırıb.

Sentyabrın 14-də digər taekvondoçumuz Radik İsayev (80 kq) yalnız yarımfinalda məğlub olaraq bürünc medala layiq görülüb.

Beləliklə, Qran-pridə səkkiz taekvondoçu ilə təmsil olunan Azərbaycan yığması turniri iki medalla başa vurub. M.Harçeqanidən əvvəl Olimpiya çempionu Radik İsayev üçüncü yeri tutub.