Tailand-Laos sərhədində 5,8 bal gücündə zəlzələ olub

16:38 21.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tailand-Laos sərhədində 5,8 bal gücündə zəlzələ baş verib.

Hafta.az xəbər verir ki, bu barədə Çin Seysmologiya Mərkəzi məlumat yayıb.

Zəlzələ ocağı yer səthindən 10 kilometr dərinlikdə olub. Yeraltı təkanların Tailandın paytaxtı Banqkokda da hiss olunduğu bildirilir.

Hələlik dağıntı və tələfat barədə məlumat yoxdur.