Yeni təhlillərə görə, uzun müddət qlobal tiryək istehsalının mərkəzi olan Əfqanıstanda xaşxaş əkini Taliban hakimiyyətə gəldikdən sonra 85 faiz azalıb.
Hafta.az-ın yazdığına görə, ötən ilin aprelində Taliban lideri Hibətullah Axundzadə bütün ölkədə xaşxaş becərilməsinə qadağa qoyub. Bu qadağa ekspertlər tərəfindən “bəşər tarixində narkotiklərlə mübarizədə ən uğurlu cəhd” kimi qiymətləndirilir.
“The Telegraph”dan Samuel Lovettin xəbərinə görə, coğrafi məlumat xidməti göstərən “Alcis” şirkətinin peyk şəkillərinə əsaslanan təhlilinə görə, Əfqanıstanda 2022-ci ildə 210 min hektardan çox olan xaş-xaş əkilən sahələr indi 30 min hektardan azdır.
Regional olaraq, “Alcis”, Hilmənd, Fərah və Nimruz vilayətlərində xaşxaş əkinində ən böyük azalmanın müvafiq olaraq 99, 95 və 91 faizlə qeydə alındığını bildirib.
“Bu il ölkənin əksər bölgələrində fermerlərin tiryək istehsalından imtina etdiyinə şübhə yoxdur”, - təhlildə deyilir.
Qadağanın bir il əvvəl başlamasından sonra ekspertlər Talibanın bu yasağının hər noyabrda xaşxaş toxumu əkilməsi ilə başlayan ikinci mövsümə şamil olub-olmayacağını gözləyirlər. Bununla belə, Taliban liderinin ofisinin yaydığı bəyanata nəzər saldıqda görünür ki, xaşxaş becərilməsi tamamilə qadağandır.
Əfqanıstanda qeyri-rəsmi iqtisadiyyat üzrə ekspert britaniyalı Dr. David Mansfild “Alcis”in təhlili ilə bağlı, "Biz kəşf edilməmiş sulardayıq" deyir. Dr. Mansfild bildirir ki, Talibanın ilk hakimiyyətə gəldiyi 1996-2001-ci illərdən sonra 11 sentyabr və ABŞ-ın müdaxiləsi ilə xaşxaş əkininə təzyiqlər sona çatdı.
Mansfild, "Taliban 2021-ci ilin avqustunda Kabili ələ keçirəndə dövlət qurumlarına nəzarəti də ələ aldı. Bunu nəzərə alsaq, bu dəfəki ilə müqayisədə daha qalıcı qadağa tətbiq edəcəyini söyləmək olar” deyə əlavə edib.
Böhran Qrupunun Əfqanıstan üzrə eksperti Qrem Smit iyulda “The Telegraph”a deyib ki, Taliban repressiyaları indiyədək "bazardan çıxarılan narkotiklərin həcmi baxımından bəşər tarixində narkotiklərlə mübarizənin ən uğurlu cəhdi" olub. Bununla belə, Dr. Mansfild həmçinin deyib ki, “mövcud qadağanın kənd əhalisi və Talibanın öz sıralarında olanlar tərəfindən eyni şəkildə tətbiq edilməməsinə dair əhəmiyyətli sübutlar var”.
“Alcis”in təhlili göstərir ki, 2023-cü il ərzində dağlıq Bədəxşan vilayətində xaşxaş əkini 13803 hektardan 15391 hektara yüksəlib. Hesabatda həmçinin bildirilir ki, “Nanqarhar dağlarının yüksək hissələrində hələ də xaşxaş becərilir”.
Dr. "Xaş-xaşın becərilməsi qadağasının iqtisadi təsiri daha çox hiss olunduqda, qadağaya qarşı müqavimət sürətlə arta və bölgələr bu yasaqdan geri çəkilə bilər" deyib Mansfild.
Təxminlərə görə, Talibanın xaşxaş qadağası kənd təsərrüfatında 450 tam iş yerinin ekvivalentini məhv edib. Bu, hələ də quraqlıqdan, münaqişələrdən və inkişafa yardım proqramlarının kəsilməsindən əziyyət çəkən iqtisadiyyata böyük zərbədir.
Təkcə Əfqanıstan tiryək iqtisadiyyatı daxili istehlak və ixrac da daxil olmaqla 2021-ci ildə ölkənin ÜDM-nin 9-14 faizini təşkil edib.