Tarixdə düşmən fransızlar və əqidəsiz ermənilər - (ARAŞDIRMA)

12:45 04.12.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Artıq Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış şanlı 44 günlük Vətən müharibəsi yalnız Ermənistanı deyil, həm də arxasında dayanan özü kimi işğalçı ölkələri çox kədərləndirməkdədir. Azərbaycan torpaqlarını parçalayaraq, öz vassallarına yeni dövlət yaratmaq istəyən fransızlar öncə parlament səviyyəsində siyasi təxribata imza atdılar – Dağlıq Qarabağı tanımaq barədə qərar qəbul etdilər. İndi də nümayəndə heyəti yaradaraq, öz təbirləri ilə desək, Stepanakertə - Xankəndiyə göndərəcəklərini bildirirlər.

Çox maraqlıdır, bu vaxtadək Ermənistanı torpaqlarımıza qarşı şirnikləndirən və arxalarında duranın Rusiya olduğunu bilsək də, Fransa erməni lobbisinin təzyiqləri altında ara-sıra çıxışlar etməkdən başqa heç bir halda özünü göstərmirdi. Hansı ki, bu dövrdə Rusiya bitərəfliyini qorumaqla Azərbaycana dəstək vermiş oldu. Bu halda sual yaranır: Fransanın ermənilərə məhəbbətinin arxasında nələr yatır?

 

Fransa və əqidəsiz ermənilər

 

Tarixi mənbələr göstərir ki, fransızlar hələ 1-ci Səlib yürüşü zamanı müsəlmanlara qarşı ermənilər və monqollarla ittifaqa girib. O vaxt Fransa Yaxın Şərqdə erməni silahlılarının və monqolların yardımı ilə Qüdsü daha tez ələ keçirəcəyini, sonra da Misir və Tunisi zəbt edəcəyini düşünürdü.

Əslində kotolik fransızlar heç vaxt xristianlığın digər təriqətlərinə inanan xalqlara etibar etmirdilər, xüsusilə də protestantlara. Məsələn, Fransada – Paris ətrafında 1572-ci ildə cəmi üç həftə içində 100 mindən artıq protestant öldürülmüşdü. Faşist idealogiyasında almanların ali irq olduğu deyildiyi kimi, fransız idealogiyasında da kotoliklər ən ali din sayılır və günümüzdə bu idealogiya müsəlmanlara qarşı nifrət püskürməkdədir. Bu mənada, Fransa ingilislərlə və ya almanlarla ittifaqda olmaqdansa, pravoslav ermənilərlə və ya şaman monqollarla işbirliyi qurmağı daha üstün tuturdu. Tanınmış fransız siyasi analitik və tarixçi alim Tocqueville öz kitablarından birində qeyd edir ki, Fransanın tarixi qalmaqallarla, başqa ölkələrdə törətdiyi siyasi təxribatlar və qırğınlarla doludur. Çünki Fransa məqsədinə çatmaq üçün siyasi proqramlara deyil, hislərinə arxalanır.

Fransızların minlərlə kilometr uzaqda məhz erməniləri özlərinə müttəfiq seçmələrində bir neçə səbəb var. Bütün bu sualların cavabını tarixi, dini və mədəni sferada aramaq lazımdır. Ermənilərin xristian olduqları üçün fransızları cəlb etdiyini desək də, əslində, dini-məzhəb fərqindən dolayısı ermənilər xristian dünyası tərəfindən ən çox təzyiq altında olan xalqdır. Biz dünyanın hər yerində yaşayan ermənilərin zahirən bütöv olduğunu görsək də, əslində bu aldadıcıdır.

 

Bizans imperatorundan İran şahına məsləhət

 

Ermənilər xristianlığı 301-ci ildə qəbul ediblər. Amma 451-ci ildə Roma Kilsəsi ilə Şərq Kilsəsi arasında yaranmış fikir ayrılığından istifadə edən ermənilər, hər iki kilsədən uzaqlaşaraq Qreqoryan məzhəbinə tapınmış və özləri üçün müstəqil Apostol Kilsəsini təsis ediblər. Bu məzhəbi qəbul etməyən ermənilər isə Yunan Kilsəsinə üz tutblar. Bundan sonra ermənilər xristianlığın digər kilsələri tərəfindən incidilməyə başlayır. İlk olaraq ermənilərdən qisas almağa o dönəmin xristian Bizansı start verir. Bizans imperatoru Mavrikos (582-602), İran şahı II Xosrova göndərdiyi məktubda yazırdı: “Aramızda rahat dayanmayan və sürəkli olaraq nifaq salan erməni xalqı yaşayır. Mən onları öz torpaqlarımızdan qərbə sürgün edəcəyəm, sən də İrandakı erməniləri Anadoluya qov. Əgər onlar Anadolunun sərt qışında tələf olsalar, deməli, düşmənlərdən canımız qurtulacaq, yox əgər sağ qalsalar, o zaman bölgədə yaşayan avar və ərəblərin başına bəla olarlar, biz də öz dövlətimizi sakitcə inkişaf etdirərik”.

Dini müstəvidə, müsəlmanlarla ermənilər arasında fərqli şəraitdə mübarizə gedib. Fikir verin: ermənilər yeri gələndə xristian Bizans, başqa bir zaman isə atəşpərəst Sasani ordusunun tərkibində müsəlmanlara qarşı savaşıb. Yəni onlar istədikləri an mövqelərini dəyişib, istədikləri qüvvəyə qoşula bilirlər. Məsələn, İslamın gücləndiyini və ölkələri bir-birinin ardınca mənən ələ aldığını görən ermənilər 653-cü ildə müsəlman ordusuna qoşularaq dünənədək müttəfiqi olduğu öz din qardaşlarına – Bizans ordusuna qarşı vuruşublar. Amma Xilafətdən mükafatlarını da alıblar – həm Bizansın təzyiqlərindən, həm də Xəzərlər xalqlarının hücumlarından qorunublar.

Ermənilərin əqidəsizliyini görən güc mərkəzləri - Bizans imperiyası, Sasanilər imperiyası, Ərəb xilafəti, monqollar, fransızlar, ingilislər və son olaraq ruslar onlardan bölgədəki maraqları xatirinə alət olaraq istifadə ediblər. Məsələn, 1249-cu ildə Kösədağ müharibəsində qələbə çalan monqollar, Anadoluda hakimiyyətlərini davam etdirmək üçün özlərinə müttəfiq axtarmağa başlayıblar. Gürcülərə təklif edilir, amma rədd cavabı alırlar. Bu zaman ermənilər özlərini irəli ataraq monqollara hər cür dəstək verməyə razılaşırlar. Monqollar isə yaltaq davranışlarına baxmayaraq, müharibədə qazandıqları qənimətdən ermənilərə nəinki heç nə verməyiblər, hətta onlardan çox böyük miqdarda vergi toplayıblar. Tarixi mənbələr göstərir ki, monqollar əslində ermənilərə güvənməyib, ona görə də Avropaya hücumlar zamanı onların dəstəyindən qətiyyən yararlanmayıblar.

 

Kilsələrin müharibəsi

 

XIII əsrin əvvəllərindən başlayaraq ermənilərə daha bir zərbə məhz xristianlardan gəlməyə başlayır. Tarixdən Səlib yürüşü kimi tanıdığımız, xristian dünyası ilə İslam xilafəti arasında gedən hərbi toqquşmalar zamanı ermənilər də böyük ziyana düşüblər. Çünki əslində müsəlmanlar üzərinə xristian qüvvələri deyil, məhz kotoliklərin ordusu yürüyürdü. Kotolik Kilsəsi isə nəinki müsəlmanları, hətta xristianlığın digər qollarını da özünə tabe etməyə çalışırdı. Bu mənada 4-cü Səlib yürüşü zamanı – 1204-cü ildə Konstantinopola daxil olan həmin kotolik ordusu, belə deyək, Ortodoks xristianların bu şəhərini işğal edərək yandırır və talan edir, qiymətli olan hər şey qənimət kimi Fransaya daşınır, Aralıq və Egey dənizlərindəki bütün adalar kotolik venesiyalılara verilir. Ardınca da 1261-ci ilədək mövcud olacaq və fransız əsilli hökmdarların idarə edəcəyi kotolik Latın imperiyası yaradılır...

Bu yerdə qeyd edək ki, fransızları ermənilərlə yaxınlaşdıran səbəblər də elə bu dövrdə ortaya çıxmağa başlayıb. Əbəs yerə deyil ki, Səlib yürüşlərini kotoliklərin xristianların digər məzhəblərinə qarşı hücumu kimi dəyərləndirən o dövrün tarixçiləri, bunu həm də yəhudilərə qarşı soyqırımın başlanğıcı da adlandırıblar. Çünki, Səlib yürüşünə çıxmazdan öncə Fransada yaşayan yəhudiləri aşkarlayıb öldürdülər, evlərini-mallarını soyub-taladılar. Səbəb də o idi ki, İsa peyğəmbəri çarmıxa çəkənlər yəhudi olublar...

Yuxarıda qeyd etdiyimiz kimi, Səlib yürüşü zamanı Qüdsü ələ keçirən kotoliklər Şimali Afrikaya keçərək Misiri, Liviyanı və Tunisi də işğal etməyi hədəf götürmüşdü. Misir Məmlükləri üzərinə yürüş zamanı monqol-erməni qüvvələri də kotolik ordusuna dəstək verir və 1260-cı ildə Ayn Calud müharibəsində qələbə qazanırlar. Bundan sonra güc toplayan Məmlük qoşunları Baybarsın komandanlığı altında 1265-1270-ci illər arasında hücuma keçərək Fələstin və Suriyada kotolikləri, eləcə də monqolları və erməniləri məğlub edir, onların əlindəki bir sıra qalaları ələ keçirib, torpaqları azad edir. Baybarsın ölümündən sonra, taxta çıxan oğlu Səlahəddin Xəlil də kotoliklərin və monqol-erməni qüvvələrinin əlində qalan digər şəhərləri bir-birinin ardınca azad edir və Səlibçilərin Suriyada hökmranlığına birdəfəlik son qoyur. Bundan sonra Məmlük qoşunları Anadolu üzərinə yeriyərək monqolları və onlara yardım edən erməniləri təslim edir, 40 mindən çox ermənini əsir götürərək Suriya və Misir ərazisinə sürgün edir. Bununla da fransız kotoliklərinə yardım edən ermənilər öz xəyanətlərinin acı mükafatını almış olurlar.

 

Osmanlıya qarşı erməni kartı

 

Fransa Səlib yürüşlərində məğlub olsa da, Yaxın Şərqə dair düşmənçiliyini 4 əsrlik Osmanlı imperiyası dönəmində də davam etdirir. Bu zaman da, Fransa Osmanlı torpaqlarında yaşayan ermənilərdən yararlanmağa çalışır. Amma kotoliklər Qriqoryan Kilsəsinə etibar etmir və ona görə də fransızların ilk işi erməniləri öz kilsələrindən ayırıb kotolik kilsəsinə cəlb etmək olur.

O dövrdə ermənilər arasında kotolik inancının yayılmasında missionerlər böyük rol alıb. Xüsusilə də erməni dilini yaxşı bilən və erməni mədəniyyətini dərindən öyrənmiş keşiş Klement Galano Parisin arzularına yaşıl işıq yandırır. O, özünü erməni rahib kimi qələmə verərək Erməni Patriarxlığına daxil olur. Fransa səfiri ilə birlikdə işləyən həmin keşiş erməni uşaqlara dərs keçir, onların ailələri ilə görüşür və bütün məqsədi kotolik məzhəbini ermənilər arasında yaymaq olur. O, hətta Fransa səfirinin istəyi əsasında Erməni Patriarxına “Papanın hakimiyyətini tanımağa dair” bir sənədi imzalatmağa da çalışır. Ancaq bir müddət sonar ermənilər onun məqəsdini başa düşür və xəyanətdə günahlandırırlar.

Romaya köçən Galono 1658-ci ildə “Erməni və Latın Kilsələri arasında bənzərliklər” adlı kitab çap etdirir. Kitabda qeyd edilir ki, Ortodoks yunanlar dinlərinə çox bağlı olduqlarından onları kotolikləşdirmək çətindir, erməniləri isə ələ almaq asandır. Müəllif yazır ki, Erməni Kilsəsi nə bütövlükdə Ortodoksdur, nə də Kotolik, onlar sadəcə baş qarışdırırlar.

Fransa kralı XIV Lui 1673-cü ildə fırıldağa əl ataraq guya türklərlə dost əlaqəsi yaratmaq istəyini Osmanlı rəhbərliyinə çatdırır və əlbəttə, təklif İstanbul tərəfindən qəbul edilir. Bundan istifadə edən Fransa, Osmanlı ərazisindəki bütün kilsələrə maddi yardım göstərməyə başlayır və bütün xərcləri kral öz hesabından ödəyir. O vaxt Frnsanın İstanbuldakı səfiri krala göndərdiyi məktubda belə yazır: “Bizim üçün edə biləcəyimiz tək şey ermənilərlə əlaqəyə girərək, xüsusilə Erməni Kilsəsini inandırmaqdır ki, onlarla əməkdaşlığımızın yeganə məqsədi erməni xalqını azadlığına qovuşdurmaqdır”.

1700-cü illərdə Osmanlı imperiyası ərazisində yaşayan erməniləri üsyana qaldırmaq və dinlərini dəyişib kotolik olmaqla fransızlarla birləşməsi üçün Fransa tərəfindən yüzlərlə kitab çap etdirilib İstanbula göndərilib. İş o yerə çatıb ki, 1705-ci ildə Osmanlıya sadiq olduğu deyilən o vaxtkı Erməni Patriarxı sultanın qəbuluna gələrək fransızların təxribatının qarşısını almağı xahiş edib.

 

Fransa Erməni kilsəsini böldü

 

Bu yerdə qeyd edək ki, XVII və XVIII əsrlərdə ermənilər arasında məhz məzhəb dəyişmələr üzündən ailələr parçalanıb. Patriarxlıq çarəsiz şəkildə var qüvvəsiylə ermənilər arasında məzhəb dəyişmənin qarşısını almağa səy göstərib. Hətta bu müstəvidə Osmanlı dövləti də fransız missionerlərin qarşısını ala bilməyib. Prosesə qarşı çıxan çox sayda erməni keşiş isə məhz fransız casuslar tərəfindən qətlə yetirilir.

Nəticəsi də budur: Navarində Osmanlı donanması məğlub edildikdən sonar kotolik ermənilər ayrıca dini icma olaraq tanınır və 1834-cü ildə İstanbulda ilk erməni kotolik kilsəsi açılır. Bununla da Fransa, uzun illər sonra Osmanlı ərazisində ermənilərin timsalında xristianları bölərək özünə dini müstəvidə “əlaltılar qüvvəsi” yarada bilmiş və bundan sonra Fransa məhz həmin kilsənin vasitəsilə Osmanlı imperiyası ərazisində yaşayan erməniuləri türklərin əleyhinə qaldırmağa başlamışdı.

 

Etiraflar

 

Xatırladaq ki, artıq bu dönəmdə ruslar da ermənilərdən istifadə etməyə başlayırlar. Hətta rusların erməniləri asanlıqla ələ aldığını görən ingilislər də öz siyasətlərini işə salırlar və Amerikanın da dəstəyi ilə erməniləri protestant məzhəbinə çəkməyə çalışırlar. Proses elə rəvan gedir ki, 1853-cü ildə Erməni Protestant Kilsəsi təsis edilir və bununla da ermənilərin inanc baxımından daha bir cərəyanı ortaya çıxır. İlk başda yalnız Qriqoryan Kilsəsində cəmlənən ermənilər indi artıq həm kotolik, həm protestant, həm ortodoksdur, hətta bəlli bir bölümü ümumiyyətlə xristianlıqdan uzaqlaşaraq müsəlman olub.

Fransa erməni kartından yararlanaraq Osmanlını zəiflətmək üçün indiki Xatay vilayəti ərasində onlara müstəqil dövlət qurmaqda yardım göstərəcəyin vəd edir. Düzdür, 1894-cü ildə Fransanın İstanbuldakı səfiri Paul Kambon Parisə göndərdiyi məktubda yazırdı: “Müstəqil Ermənistan qurmaqmı, bu qəti mümkün deyil. Ermənilər dağınık və müsəlmanlarla qaynamış şəkildə yaşayırlar…”.

Doğrudan da, həmin dövrdə Osmanlı ərazisində elə bir bölgə olmayıb ki, ermənilər orada yığcam məskunlaşsın. Anadoluda heç bir vilayətdə ermənilər ümumi əhalinin 30 faizinə bərabər olmayıb. Bu mənada, yerinə yetirilməsi mümkün olmayan vədlər verərək erməniləri türklərə qarşı təxribata çəkən Fransa, erməniləri açıq-aşkar öz maraqları naminə iflasa sürükləyib. Hətta 1892 – 1917-ci illər arasında mövcud olmuş Fransa - Rusiya ittifaqı da uğur qazana bilməyib və sonunda ermənilər müdafiəsiz buraxılıb.

Bu barədə Sovet istilasından əvvəl, Ermənistanın baş naziri olmuş Ovannes Kaçaznuni 1923-cü ildə Daşnaksütyun Partiyasının Buxarestdə təşkil olunmuş iclasında, “Daşnaksütyun Partiyasının edə biləcəyi heç nə yoxdur” adlı hesabatında, ermənilərdə necə istifadə edildiyini bütün çılpaqlığı ilə ortaya qoyub.

Çox maraqlıdır ki, bir neçə xarici dilə çap edilən bu kitablar sonradan bütün kitabxanalardan yığışdırılıb, hətta Ermənistanda yasaq edilib.

 

Bugünki səfil Ermənistan

 

Bu gün Ermənistanda ortalama 2,9 milyon nəfər əhali yaşayır. Hər halda rəsmi statistikalarında belə deyilir. Çünki səfalət içində yaşayan və çox qazanmaq, daha yaxşı həyat arzusunda olan ermənilər çoxdan ölkələrini tərk ediblər. Səbəb isə müstəqilliyini elan edəndən sonra Ermənistanın qətiyyən inkişaf etməməsi, insanların hələ də qonşu ölkələrin xalqları ilə müqayisədə 50 il geridə qalmalarıdır. SSRİ dönəmində təxminən 3,5 milyona yaxın insanın yaşadığı Ermənistanda bu gün çox sayda kənd tamamilə boşalıb. Əhali ildən-ilə aşağı təbii artım və ölkədən xaricə köçənlər hesabına daha da azalmaqdadır. İqtisadiyyat süqut edib, korrupsiyaya qurşanmış məmurlar olan-qalanı da yeyib-dağıdır. Ölkə öz-özünü müdafiə edə bilmir və bu gün dövlət sərhədlərini Rusiya qoruyur. Əsrlər boyunca erməni millətinin qanına işlədi türk düşmənçiliyi və bunu əsasən Fransa etdi. Bu gün Ermənistanı xaricdən idarə edən erməni lobbisi də məhz yuxarıda qeyd etdiyimiz kotolik və ya protestant ermənilərin qruplarıdır. Bu gün Kotolik və ya Protestant kilsələri Ermənistanı yüzillər öncəsində olduğu kimi, yenə də türk düşmənçiliyi ruhunda idarə edir, hansı ki, erməni xalqının inkişafı üçün yeganə çıxış yolu düşmənçiliyi birdəfəlik unudub qonşuları ilə mehriban yaşaya bilməkdir. Amma bunu edə biləcəklərmi, əsla. Hətta buna vadar edilsələr belə, içlərində kök salmış, qanlarına işləyib damarlarında axan türkə nifrət hissi onları uçurumdan xilas edə bilməyəcək.

Oxunma sayı 2360
Siyasət rubrikasından digər xəbərlər