Tariximizin İlham Əliyev mərhələsi intibah dövrü kimi yazılacaq – Məlahət İbrahimqızı

12:43 23.09.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Hafta.az Vətən Müharibəsindəki möhtəşəm zəfərin ildönümü ərəfəsində millət vəkili Məlahət İbrahimqızı ilə müsahibəni təqdim edir:

- Məlahət xanım, təxminən iki aya yaxın müddətdən sonra Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərin ildönümünü təntənə ilə qeyd edəcəyik. Otuz ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızı azad etdik. Sizcə post müharibə dövründə, eləcə də bugün və gələcəkdə dövlətimizin və xalqımızın qarşısında ən vacib hansı məsələlər dayanır. Sözsüz ki, II Qarabağ savaşı və bu savaşdakı qalibiyyətimiz haqqında da öz fikirlərinizi bölüşəcəksiz.  Xahiş edirəm gündəmdə olan bu məsələrə fikirlərinizi bildirəsiniz.

- Çox sağ olun suala görə....Bəli Sizin də qeyd etdiyiniz kimi təxminən bir ay yarımdan sonra Azərbaycan xalqı çoxəsrlik tarixinin, eləcə də çağdaş hərb tarixinin ən əzəmətli hadisəsinin ildönümünü təntənə ilə qeyd edəcəkdir. Xalqımızın şərəf və ləyaqət tarixinin qızıl hərflərlə yazılmış səhifələri olan 44 günlük Vətən müharibəsi və qazanılan möhtəşəm Zəfər gələcək nəsillər üçün də əbədi sevinc mənbəyi olacaqdır. Məhz keçən il Azərbaycan xalqının Müzəffər Ali Baş Kamandanının və Milli Ordumuzun qəhrəmanlığı ilə otuz ilə yaxın müddətdə işğal altında olan Vətənimizin əbədi və ayrılmaz parçası Qarabağ torpaqları azad edilərək, dövrümüzün  hünər, rəşadət, igidlik və şücaət  salnaməsinə çevrildi. Bu Qələbə möhtərəm Prezidentimizin komandanlığı ilə əfsanəvi “Dəmir yumruq” əməliyyatı ilə ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Müzəffər Ali Baş Kamandanımızın qətiyyəti, əyilməz siyasi iradəsi və barışmaz mövqeyilə dünya bir daha Azərbaycan Xalqının birliyinin, həmrəyliyinin, Azərbaycan dövlətinin gücünün və Ordumuzun məğlubedilməızliyin şahidi oldu. Möhtərəm Prezidentimizin beynəlxalq aləmdəki informasiya və diplomatiya savaşındakı misilsiz uğurları 44 günlük Vətən müharibəsində şəksiz qələbənin  əldə edilməsində həlledici rol oynadı.  Bu zəfər həm də son iki yüz il ərzində Azərbaycan və Türkiyəyə qarşı düşmənçilik mövqeyində və ərazi iddiasında olan təcavüzkar  Ermənistan  və onun havadarlarıı üzərində tarixi bir Zəfər idi. Azərbaycan xalqının qürur mənbəyi olan bu Qələbənin möhtəşəmliyi və doğurduğu sevinc sözlə ifadə edilə bilmədiyi kimi, onun siyasi, hüquqi, tarixi, iqtisadi və etnokultural və geosiyasi əhəmiyyəti də ölçüyə gələ bilməyəcək dərəcədə misilsizdir. Bölgədə yeni reallıqlar yaratmış və  bölgənin həqiqi mənada lideri, dayanıqlı sülhün və inkişafın qarantı olan Azərbaycanın haqq və ədalət uğrunda apardığı Vətən müharibəsi, onun taktika və strategiyası, istifadə edilən müasir hərbi texnologiyaları bugün bir sıra inkişaf etmiş ölkələrdə və beynəlxalq təşkilatlarda tanınmış hərbi ekspertlər tərəfindən müasir hərb elminin yeni səhifəsi adlandırılır və hərbi məktəblərdə bu təcrübəsinin öyrənilməsini təqdir və tövsiyə edirlər. 44 gün ərzində təcavüzkar qonşumuzdan fərqli olaraq, Milli Ordumuzun nümayiş etdirdiyi hərb mədəniyyəti, beynəlxalq və humanitar qanun və normalara riəyyət etməsi dünya hərb tarixinə örnək səhifələr kimi  yazıldı. Bu müharibə həm də sübut etdi ki, vətən torpağını namus bilən Azərbaycan xalqı şəhidliyi şərəf  və  savaş meydanınında döyüşməyi toy-bayram hesab edir. Xüsusi qeyd etmək lazımdır ki, ötən illər ərzində Azərbaycan xalqının əvəzolunmaz və yenilməz LİDERi diplomatiya və informasiya savaşında saxtalaşdırılmış erməni tarixinin mifologiya üzərində qurulduğunu beynəlxalq təşkilatlarda dəfələrlə sübut etmişdi.  Sözsüz ki, möhtərəm Prezidentimiz  erməni təcavüzünün bütün beynəlxalq hüquq və normaları pozmasını, eləcə də, təcavüzkarı dəstəkləyən bəzi beynəlxalq təşkilatları və  dövlətlərin  haqsızlığını və riyakarlığını da açıq-aşkar sübut edirdi. Bu mənada 2020-ci ilin 27 sentyabrında möhtərəm cənab Prezidentimiz və Müzəffər Ali Baş Kamandanımız cənab İlham Əliyevin  haqq və ədalət uğrunda “İrəli” əmri ilə başlayan əks-hücum əməliyyatının hansı qüvvələrlə müharibə və mübarizə aparılmasının tam mənzərəsi aydın olur. Bütün bunları düşündükcə, eləcə də Vətən müharibəsi adlandırdığımız bu savaşda 44 gün  ərzində baş verənləri təhlil etdikcə, dünya erməniliyi ilə mübarizə edən Azərbaycan xalqının əvəzolunmaz LİDER-inin, onun qəhraman Milli Ordusunun, hər qarış Vətən torpağı uğrunda canından, həyatında keçmiş şəhid və qazilərimizin misligörünməmiş qüdrətinin və fədakarlıqlarını  bir daha dərk edir və bunula qürur duyursan. Bugün qalibiyyətlə bitirdiyimiz II Qarabağ müharibəsindən təxminən bir il keçməsinə baxmayaraq, əfsanəvi qəhramanlıq dastanına çevrilmiş mübarək Zəfərimiz və onun əzəməti haqqında beynəlxalq aləmdə də hələ də danışılır və müzakirə edilir. İllər, əsrlər keçəcək xalqımıza başucalığı gətirmiş bu mübarək Zəfərimizin  tükənməyən sevinci gələcək nəsillər üçün də qürur mənbəyi olacaqdır.  Bu Zəfəri şanlı tariximizə qanları ilə yazan şəhid və qazilərimiz daima minnətdarlıqla xatırlanaraq, ölməzlik rəmzi kimi əbədiyyən yaşayacaqlar.

Sualınızın ikinci hissəsinə gəldikdə isə onu deməliyəm ki, Müzəffər Ali Baş Kamandanımız Vətən müharibəsi zamanı  ilk azad etdiyimiz Suqovuşanın qələbə xəbərini verən kimi, artıq bütün müvafiq icra qurumlarına işğaldan azad olunacaq rayon, qəsəbə və kəndlərin bərpa, quruculuq və sosioekonimik inkişaf planının hazırlanması tapşırığını vermişdi. Təsəvvür edin, dünyada bir tərəfdən maliyyə böhranı, digər tərəfdən pandemiya ilə mübarizə aparırkən bir həm də erməni faşizmi ilə də mübarizə aparırdıq. Eyni zamanda müharibədən sonrakı quruculuq v əbərpa işləri, müharibənin vurduğu yaraların şəhid, qazi, müharibə veteranlarının sosial problemlərinin ən qısa vaxtda həll edilməsi, qaçqın və məcburi köçkünlərin yurd yuvalarına qayıtması, daha doğrusu Böyük Qayıdışın təmin edilməsi, Milli Ordumuzun gücləndirilməsi, işğaldan azad edilmiş torpaqların minalardan təmizlənməsi, qazandığımız Zəfərin beynəlxalq aləmdə təbliği, uzun müddət dünya ictimaiyyətinə erməni faşizmi tərəfindən uydurulmuş və sırınmış Qarabağ haqqında yalanları ifşa etmək və münaqişənin həll olunduğunun beynəlxalq təşkilatlar tərəfindən qəbul edilməsi kimi hədsiz vacib prioritetlər post müharibə dövrünün çağırışlarıdır. Ən başlıca vəzifələrdən biri də, erməni təcavüzkarlarının işğal müddətində Azərbaycan vurmuş olduğu maddi-mənəvi zərərin ödənilməsi ilə bağlı təzminat tələbi, törətdikləri hərbi cinayətlərə görə  beynəlxalq məhkəmələr tərəfindən adekvat qərarın qəbul edilməsinə nail olmaqdır. Bu mənada ölkə daxilində görüləsi nə qədər çox iş varsa, ölkə xaricində bundan da çox görəcəyimiz iş var. Bilirsizmöhtərəm Prezidentimizin bir ifadəsi var  “ bizim savaş meydanında müharibəmiz bitdi, amma mübarizəmiz davam edir”. Çünki, düşmən məğlub olsa da, təslimçilik müqaviləsinə imza atsa da nəinki susmur və dayanmır, hətta havadarlarının dəstəyi və himayəsilə Azərbaycana müxtəlif təzyiqlər edilməsinə çalışır. Sözsüz ki, Azərbaycan xalqı və eləcə də onun Lideri bu basqı və təzyiqlərə alışıbdır və bunlar bizi qorxutmur. Çünki biz haqq və ədalət uğrunda savaş etdik. Bugün bizim ölkəmizdə xalq-iqtidar birliyi o qədər sarsılmazdır ki, onu Allahdan başqa heç kəs zəiflədə bilməz. Bütün bunları nəzərə alaraq onu demək istərdim ki, ölkəmizin hər bir vətəndaşlı bu informasiya mübarizəsində özünün töhvəsini verməlidir. 

- Məlahət xanım, Siz işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərindən danışdız. Necə gedir bu işlər..

- Mən Sizin bu suala cavab verməzdən öncə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bir müdrik fikirlərini xatırlatmaq istərdim.O deyir ki, bizim düşmənimiz bugün ancaq zamandır. Həqiqətən də bu çox yerinə düşən bir fikirdir. Eyni zamanda bugün işğaldan azad olunan torpaqlarda o qədər misligörünməmiş işlər həyata keçirilir ki, bu işlər xronometrajla ifadə edilsə zaman kəsiyinə belə sığmaz.  Təsəvveür edin bir tərəfdən ərazilərdən minalar təmizlənir, digər tərəfdən quruculuq işləri həyata keçirilir. Yollar çəkilir, beynəlxalq hava limanı, tunellər inşa edilir, yüksək standartlara cavab verən  infrastruktur qurulur,Heydər Əliyev Fondunun rəhbərliyi ilə müxtəlif  beynəlxalq səviyyəli mədəniyyət tədbirləri və festifalları keçirilir və s. Görülən işlərin həcmi həqiqətən zamanın hüdudlarına sığmır.

- Məlahət xanım Siz erməni faşizminin xalqımıza qarşı törətdiyi cinayəti və bununla bağlı ödəməli olduqları təzminatı vurğuladız. Bir az da ətraflı məlumat verə bilərsizmi....

- Bəli, dünya təcrübəsində belə örnəklər kifayət qədər mövcuddur....Bilirsiz ki, erməni vandalları ötən otuz ilə yaxın müddətdə təkcə torpaqlarımızı işğal etmədilər. Və ya onlar əsir və girov götürdükləri soydaşlarımıza qarşı müharibə cinayəti, qeyri-insani,alçaldıcı işgəncələr törətmədilər. Bugün hələ də dörd minə yaxın soydaşımız itkindir və onlar haqqında heç bir məlumat yoxdur. Təcavüzkar Ermənistan dövlətinin törətdiyi misligörünməmiş cinayətlərə dünya susqundur. Onların işğal etdikləri yaşayış məskənlərini tamamilə dağıdılmışdır və bu şəhərləri çağımızın Xirosimosu adlandırmaq olar. Əraziləri, ətraf mühitin ekosisteminə, flora və faunasına divan tutulubdur. Azərbaycanın təbii sərvətləri talan edilmişdir. Keçən il 44 günlük Vətən müharibəsi zamanı erməni terrorçuları bütün humanitar qanunları pozaraq, savaş bölgəsi olmayan rayon və şəhərlərə  Gəncəyə, Bərdəyə, Tərtərə, Fizuliyə, Mingəçevirə, Goranboya, Naftalana ən ağır artileriyadan atəş açaraq, ən ağır müharibə cinayəti törətmişdir. Bunun nəticəsidir ki, onlarla mülki insan, uşaq və qadınlar terrorun qurbanı olmuşdur. Bütün bu cinayətlərdə rəsmi İrəvan nəinki məsuliyyət daşıyır hətta cinyatkardır və odur ki, bu cinayətə görə cavab verməlidir. Bütün baş verən cinayətlər Baş Prokurorluq tərəfindən çox ciddi araşdırmalar aparılıbdır və nəticələr sözsüz ki, beynəlxalq məhkəməyə təqdim ediləcəkdir.

- Məlahət xanım, son vaxtlar mətbuatın əsas manşetlərindən biri də minalanmış ərazilərdə tez-tez mülki insanların həyatını itirməsidir. Bu problemlə bağlı müvafiq və cavabdeh beynəlxalq təşkilatların dəstəyini necə qiymətləndirmək olar.

- Çox təəssüf ki, işğalçı Ermənistan hələ də minalanmış ərazilərin xəritəsini təqdim etmir və etməkdən boyun qaçırır. Bu özü də sözsüz ki, hərbi cinayət hesab edilir. Və beynəlxalq təşkilatların səyləri və təcavüzkara təzyiqi  hələ ki, yetərsizdir. Hesab edirəm ki, biz bütün gücümüzlə erməni vandallarının beynəlxalq ictimaiyyət tərəfindən qınanmasına və təpki edilməsinə çalışmalıyıq. 

- Son vaxtlar istər işğaldan azad olunmuş ərazilərimizdə, eləcə də sərhədlərdə tez-tez erməni təxribatının şahidi oluruq. Bu təxribatlar nə vaxtadək davam edəcəkdir.

- Bilirsiz ki, son iki yüz il ərzində erməni ideoloqları öz xalqının, yetişməkdə olan yeni erməni nəslinin beyni saxtalaşdırılmış erməni mifi və ideologiyası ilə tam zəhərlənmişdir.Keçən il Vətən müharibəsində qazandığımız Zəfərdən sonra rəsmi İrəvan öz məğlubiyyətlərini etiraf edərək, təslimçilik sazişinə imza atmışdır. Buna baxmayaraq, erməni xalqının beyni o qədər zəhərlənmişdir ki, onlar öz yalan və uydurmalarının əsirinə çevrilmişdilər. Sözsüz ki, belə revanşist  qüvvələrə və onları dəstəkləyən qüvvələr hazırda da var. Ermənistanda hər yerdə və bütün sahələrdə və yaşda rast gəlmək olar.  Məhz bu revanşistlər də hər fürsətdə hər hansı təxribatı törətməyə çalışırlar. İnşallah sərhədlərimizin delimitasiya və demarkasiyasi yekunlaşdıqdan sonra belə təxribatlara son qoyulacaqdır. Dünya Azərbaycan dövlətinin də, onun şərəfli Ordusunun da,onun Liderinin də gücünün və qüdrətinin şahidi oldu və dəmir yumruq da hər zaman hazır vəziyyətdədir...

- Məlahət xanım,  qeyd etdiyimiz kimi xalqımız bir tərəfdən bir neçə gündən sonra  27 sentyabr Şəhidlərin ümumxalq Anım Günü, digər tərəfdən isə qarşıdan Zəfər bayramı gəlir....Necə ötdü bu ötən aylar, bir il...

- Bəli biz həqiqətən də çox xoşbəxt nəsilik ki, məhz torpaqlarımızın azad olunmasının şahidi olduq. Yəni biz orta və yaşlı nəsil  I Qarabağ savaşının da şahidi olmuşduq....O savaşda da bizim çox qeyrətli, hünərli və şücaətli qəhrəman oğullarımız var idi. Canlarından və həyatlarından keçdilər, şəhid və qazi oldular... amma bir tərəfdən də torpaqlarımız işğal olundu...Bir milyondan çox vətəndaşımız qaçqın və köçkün oldu...çox ağır illər oldu. Həm də təcavüzkar Ermənistan havadalarının dəstəyi ilə daha da azğınlaırdı...Çünki dövlətimizi idarə edənlər təsadüfi, qeyri-peşəkar, öz şəxsi maraqlarını güdən insanlar idi...Onlar dövlət, dövlət idarəçiliyi, siyasət, geo siyasət, diplomatiya nədir ondan bixəbər idilər. Acı gülünc doğuran, populist çıxışları ilə, daxili çəkişmələri və didişmələri ilə  ölkədə vəziyyəti gündən-günə ağırlaşdırırdılar. Şuşa kimi, Laçın kimi alınmaz qalalar erməni quldurlarına verildi...Son da bəlli 1994-cü il may və iyun hadisələri..Ancaq  xalqımızın böyük oğlu, ulu öndərimiz hakimiyyətə gəldikdən sonra müstəqil dövlətimizin və müasir dövlətçiliyimizin əsası qoyuldu. Həqiqi mənada keçən il qazandığımız möhtəşəm Zəfərin təməli atıldı. Mən o illər haqqında danışmaq istəmirəm, çünki hamımız bu proseslərin şahidiyik.  2003-cü ildən isə Azərbaycanın intibahı dövrü başladı və bugünədək də davam edir. Bu intibahın zirvəsində isə torpaqlarımızın işğaldan azad edilməsi və Qarabağın dirçəlişi...

Xalqımızın, ölkəmizin və dövlətimizin tarixində İlham Əliyev dövrü tariximizə intibah dövrü kimi yazılacaqdır. Bəli biz sizin də qeyd etdiyiniz kimi, iki mühüm və şərəfli tarixi günləri qeyd edəcəyik. Bu həmdə hər birimiz 44 günlük Vətən müharibəsindən sonrakı dövr üçün hesabat verməliyik. Hər birimiz özümüzə sual verməliyik ki, mən nə etdim bu ötən dövrdə...Çünki gələcək nəsillər bu dövrü minnətdarlıqla, qürurla xatırlayanda, tarixin bu şanlı səhifələrini vərəqləyəndə bizlərə də qiymət veriləcək. Biz və bizim övladlar bugün şəhid və qazilarimizin fədakarlığı və rəşadəti sayəsində sağ və salamatıq. Hər birimizin şərəfimiz üzərində olan o ləkə şəhidlərimizin qanı ilə yuyuldu.Axı bizim xalqımızın dəyərlərində torpaq anadır, torpaq  namusdur. Bundan başqa biz gecəsini-gündüzünə qatan, bütün xarici təhdid və təzyiqlərə ancaq öz sinəsini verən, xalq arasında heç zaman narahatçılıq və ajiotaj yaratmayan yenilməz bir Müzəffər Ali Baş Kamandanımıza da borcluyuq... Dünya hərb elmində bir mənalı olaraq qəbul edilmiş bir qayda var və tarixboyu da belə olmuşdur. Qardaş Türkiyədə Qurtuluş savaşında qələbənin təminatçısı qəhrəman məhmətçik ilə və Baş Komutan oldu. Atatürk deyirdi xətti müdafiə yoxdur, səthi müdafiə var. Yəni müdafiə xətti yoxdur. Müdafiə xəttimiz bütün vətən torpağıdır.  Əgər Sərkərdə Baş Komtan yerində deyilsə, qalibiyyətdən söz gedə bilməz Vətən savaşımızda əyilməz və məğlubedilməz Baş Sərkərdəmizin, Ali Baş Kamandanımızın qətiyyəti, Vətəninə və xalqına sonsuz məhəbbəti olmasaydı biz dünya erməniliyi ilə o möhtəşəm Qələbəni qazana bilməyəcəkdik. Məhz bütün xalqın öz liderinə olan sonsuz inam və etimadı bizim qələbəmizi şərtləndirən amillərdən idi.  Möhtərəm Ali Baş Kamandanımızın hər çıxışı, müraciəti və müsahibəsi Milli Ordumuzun qələbə əzmini artırmaqla, düşmənlərimizi daha da qorxuya salırdı. Onun Şuşasız işimiz yarımçıq qalar, sözləri qəhrəman əsgərlərimizin Şuşa ucalığı uğrunda mübarizədə daha da ruhlandırırdı. Sözsüz ki, ərazi bütövlüyümüz bərpa olundu, amma bu gün müharibəmiz informasiya məkanında revanşist erməni quldurları ilədir. Bu mənada biz şəhid və qazilərimizə nə qədər borcluyuqsaq o qədər də Müzəffər Ali Baş Kamandanımıza   borcluyuq. Qaldı ki, ötən bir ildə görülmüş və görüləcək işlər haqqında mən ilk sualların cavablarında bildirdim.Əlavə olaraq qeyd etmək istərdim ki, görülən işlərin ən mühümlərindən biri də şəhid və qazilərimizin sosial problemlərinin həlli ilə bağlıdır. Mübaliğəsiz derydim ki, dünyanın heç bir müharibə aparan ölkəsində müharibə bitəndən sonra şəhid və qazilərə bu qədər qısa müddətdə və bu qədər çox qayğı göstərilməyibdir. Onların dövlət mükafatlarından, orden və medalların verilməsi, mənzil-kommunal, müalicə-reabilitasiya, əmək məşğulluq problemlərinin hər biri ölkə rəhbərinin diqqətindədir. Bütün şəhid və qazilərimizin bankda olan borcları silindi. Milli qanunvericiliyimizdə bir sıra imtiyazlı dəyişikliklər oldu.  Ən qısa zamanda yaradılan YAŞAT Fondu, İcra Hakimiyyətdə yeni yaradılan struktur məhz şəhid, qazi və veteranlarımızın problemlərinin ən operativ şəkildə həll olunması məqsədi daşıyır.Bugünədək 9200-ə yaxın şəhid və qazi ailəsi mənzillə və 7200-ə yaxın isə minik avtomaşını ilə  təmin edilibdir. Bu çox böyük rəqəmdir və demək olar ki, bu proses hər gün davam edir. Və möhtərəm Prezidentimizin tapşırığı ilə qısa zamanda bütün bu problemlər tamamilə bitəcəkdir. Bütün bunları qeyd edərək demək istərdim ki, ötən ilin hesabatı həqiqətən də Zəfərimizə yaraşan bir hesabatdır.

Oxunma sayı 39
Digər rubrikasından digər xəbərlər