Tayvanda Çinlə birləşməni təşviq etmək üçün beyin mərkəzi yaradıldı

10:02 26.05.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Tayvanda vətənin sülh yolu ilə yenidən birləşməsini təşviq etmək və sahillərarası münasibətlərlə bağlı mənfi mifləri dağıtmaq üçün yeni beyin mərkəzi - Sanhe açılıb.

Hafta.az-ın yazdığına görə, təsisçilər bildiriblər ki, Sanhe Beyin Mərkəzi əsas diqqətini Tayvan boğazının hər iki tərəfində yaşayan insanlar arasında yaxınlaşmanın təşviqinə, dinc mübadilə və əməkdaşlığın genişləndirilməsinə yönəldəcək.

Mərkəz Yeni Tayvan Partiyasının (NTP) təşəbbüsü ilə Tayvan Əmək Partiyasının və adadakı digər siyasi fraksiyaların, eləcə də cəmiyyətin müxtəlif təbəqələrindən olan gənclərin iştirakı ilə yaradılıb.

Yeni mərkəzin ilk seminarında NPT sədri Vu Çenqdian vurğulayıb ki, partiyanın mövcud olduğu 32 il ərzində missiyası dəyişməyib - bu, vətənin sülh yolu ilə birləşdirilməsi arzusudur.

"Sanhe Düşüncə Mərkəzi Tayvan xalqının milli birləşmə istəyini açıq şəkildə ifadə etməsi üçün hüquqi platformaya çevriləcək", - deyib Vu Çenqdian.

Tədbir çərçivəsində mərkəz sahillərarası münasibətlərə dair strateji düşüncəyə dair ilk ağ sənədi təqdim edib. Dörd fəsildən ibarət sənəd hakim Demokratik Tərəqqi Partiyasının tətbiq etdiyi məhdudiyyətləri aradan qaldırmaq yollarını və Tayvan boğazı boyunca sülh üçün "kodları" araşdırır.

NPT sədrinin müavini Li Şenqfenq seminarın Tayvanın gələcəyi və dinc yolla birləşmə naminə kollektiv müdrikliyin birləşdirilməsi üçün daimi platformaya çevriləcəyinə ümid etdiyini bildirib: "Bu, yalnız başlanğıcdır".