TƏBİB-də yoxlamalar aparılır - Rəsmi

16:00 29.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hesablama Palatasının Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB)  yoxlamalara başladığına dair məlumatlar yayılıb.

 

Hesablama Palatasının mətbuat katibi Nailə Qazıyeva hafta.az-ın sorğusuna cavab olaraq faktı təsdiqləyib.

 

Əlavə məlumat verilməyib.

 

Qeyd edək ki, TƏBİB Prezident İlham Əliyevin 21 dekabr 2018-ci il tarixli fərmanı ilə yaradılıb.

 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyevin 2 dekabr 2019-cu ildə imzaladığı əmrlə Ramin Bayramlı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri təyin edilib.

 

Unikal.org-da yer alan məlumatda bildirilir ki, Hesablama Palatasının yoxlamaları R.Bayramlının vəzifədə olduğu dövrü əhatə edir.

Oxunma sayı 412