Tərtər sakini ehtiyatsızlıqdan tüfənglə qolunu yaralayıb

16:29 28.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tərtər sakini ehtiyatsızlıqdan tüfənglə qolunu yaralayıb.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, oktyabrın 27-də Tərtər rayon sakini olan bir qadının Bəyimsarov kəndindəki evinin həyətində pnevmatik tüfənglə ehtiyatsız davranması nəticəsində açılan atəşdən qol nahiyəsindən aldığı xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub. Qadına xəstəxanada ilkin tibbi yardım göstərilib.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib, hadisə yerindən “Kralsal-15” markalı pnevmatik tüfəng aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.