Tikinti materiallarının istehsalı 4,2 faiz artıb

13:54 21.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cari ilin yanvar-sentyabr aylarında tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 4,2 faiz artaraq 580,5 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən hafta.az-a verilən məlumata görə, hesabat dövründə tikinti kərpicinin istehsalı 40,8 faiz, tikinti əhənginin istehsalı 51,8 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 22,1 faiz artıb.

Sementin istehsalı 1,2 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 57,4 faiz, tikinti gipsinin istehsalı isə 76,8 faiz azalıb.