Tonqanın baş naziri vəfat edib

11:00 12.09.2019
Yazını böyüt
Yazını kiçilt

Sakit Okean hövzəsinin Polineziya sahəsində yerləşən Tonqa Krallığının Baş Naziri Akilisi Pohiva 78 yaşında vəfat edib. O, Okland hospitalında pnevmoniyadan müalicə olunurdu.

Hafta.az SBS telekanalına istinadla xəbər verir ki, Baş Nazirin ölümündən sonra Tonqa parlamentinin fəaliyyəti dayandırılıb.

Fəaliyyətinə müəllim kimi başlayan Pohiva 1987-ci ildən siyasətlə məşğul olmağa başlayıb və Krallıqda demokratiya hərəkatının liderlərindən biri olub. O, İnsan Haqları və Demokratiya Hərəkatının yaratdığı Azad Adaların Demokratiya Partiyasının sədri, 2014-cü ildə isə bu partiyadan Baş Nazir seçilib.