Tövsiyə edə bilmərəm ki, gedin uşaqlarınıza vaksin vurdurun – Həkim rəyi

17:04 07.12.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Azyaşlılar üçün xüsusi peyvəndin hazırlanması çox müsbət hal olardı. Bu həm də böyüklərə tətbiq olunan peyvəndin azyaşlılarda yan təsirlər yaratmasının qarşısını alardı.

Bu fikirləri hafta.az-a həkim-pediatr Vaqif Qarayev deyib.

Həkim güman edir ki, Pfizer peyvəndi uşaqlarda bir sıra əks göstərişlərlə müşahidə oluna bilər:

“Elm adamları arasında belə bir mülahizə var idi ki, uşaqlar üçün xüsusi vaksin hazırlansın. Açığı bu məni yan təsirlər baxımdan bir xeyli rahatlatmışdı. Vaksinlər müxtəlifdir. Pfizerdə orqanizmə yeridilən virus diridir. Ona görə də onun yaratdığı immunitet davamlıdır. Buna görə də, fikrincə diri vaksinlərin uşaqlara tətbiqi əlverişli deyil, yan təsirləri çox olacaq. Buna görə mən həkim olaraq tövsiyə edə bilmərəm ki, gedin uşaqlarınıza vaksin vurdurun. Çünki bununla bağlı ortada heç bir misal yoxdur. Elə valideynlərdən icazəni də özlərinə "əlyeri" qoyublar. Sabah bir şey, pis hadisə olsa deyəcəklər ki, siz özünüz razılaşmışdınız. Bu boyda ziddiyətli mülahizələrin fonunda inanmıram ki, hansısa valideyn könüllü şəkildə övladını peyvənd etdirsin”.

Oxunma sayı 538