Tovuz sakinini "tok" vurdu

16:00 05.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tovuz rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Hafta.az-ın məlumatına görə, hadisə Dönük Qırıqlı kəndində baş verib. Rayonun Dondar Quşcu kənd sakini İmanov Məzahir Qədir oğlunu elektrik cərəyanı vurub. Nəticədə o hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.