“Traktor Təbriz”in azarkeşlərindən türk kimliyinin inkarına reaksiya

09:19 04.02.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İranın “Persepolis” futbol komandasının irqçi azarkeşlərinin matçda ən çox türk azarkeşi olan “Traktor Təbriz” klubunun futbolçularına ünvanladığı sərt ritorika və təhqirlərə görə bütün gözlər İran mediasına və bölgədəki futbol matçlarına çevrilib.

Hafta.az-ın yazdığına görə, “Traktor Təbriz” komandasının qadın azarkeşləri thqirə qarşı səssiz etiraz aksiyası keçiriblər. Azarkeşlər ağızlarını bağlayaraq etiraz ediblər. Fəallar bununla heç bir təhqirin Güney Azərbaycan türklərinin səviyyəsini aşağı salmayacağını göstəriblər. Azarkeşlər Səhənd stadionunda “Ana, şərəf - iki müqəddəs söz” yazılı pankart açıblar.

Digər tərəfdən, İranın təzyiqi altında olan Güney Azərbaycan televiziyası Səhənd Şəbəkəsi son futbol matçında Azərbaycan komandasının tribunalardakı azarkeşlərinin səsini kəsib. Türklərin milli kimliyinə məhəl qoymayan iranlılar milli şüarlar səsləndirən azarkeşlərin səsinin eşidilməsinə mane olmaq üçün matça 1 dəqiqəlik gecikmə ilə başlayıb. Fanatlar “Azərbaycan türkcəsində mədrəsə olmalıdır”, “Urmu, Zəncan, Ərdəbil – Bu səs Təbrizdən gəlir” kimi şüarlar səsləndiriblər.

Xatırladaq ki, “Traktor Təbriz” fevralın 1-də “Persepolis”lə oyundan sonra “Havadar” komandası ilə qarşılaşıb və oyunda 4:0 hesabı ilə qalib gəlib.