Tramp deyib ki, qarşısına çıxan hər kəsi öpəcək 

15:48 13.10.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Koronavirusa yoluxduğu bildirilən ABŞ prezidenti Donald Trampın test nəticələri bəlli olub.

Hafta.az yazır ki, prezidentdən götürülmüş koronavirus testinin nəticələri mənfi çıxıb. Ağ Ev, həkim Sean Conleyin, Trampın son sağlıq durumuna dair hazırladığı qeydi mətbuata açıqlayıb. Qeyddə göstərilir ki, Trampın testləri ilə birlikdə həm də klinik və laboratoriya analizləri keçirilib. Nəticəyə əsasən, Tramp sağalmış sayılır və ondan təmasda olduğu kiməsə virus keçmə təhlükəsi yoxdur. 

Tramp nəticələri eşidər-eşitməz ilk seçki mitinqini keçirib. Floridada keçirdiyi mitinqdə danışan Tramp deyib ki, hazırda özünü koronavirusa yaxalanmadan öncə olduğundan daha sağlam və güclü hiss edir. O, testin nəticəsinin neqativ çıxmasından çox sevincli olduğunu, hətta sevincini bildirmək üçün mitinq iştirakçılarına qarışacağını, kişili-qadınlı qabağına çıxan hər kəsi öpəcəyini deyib. 

Oxunma sayı 782