Tramp İrana nüvə sazişi ilə bağlı təklif verildiyini təsdiqləyib

17:26 16.05.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Prezidenti Donald Tramp xüsusi elçi Stiv Vitkofun İrana nüvə sazişi ilə bağlı təklif verdiyini təsdiqləyib.

AZƏRTAC-ın CNN-ə istinadən verdiyi məlumata görə, bu barədə o, Yaxın Şərq səfərinin yekununda təyyarədə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, İranda artıq bir təklif var.

“Daha da vacibi odur ki, onlar tez hərəkət etməli olduqlarını və pis bir şeyin baş verə biləcəyini bilirlər”,- deyə ABŞ Prezidenti əlavə edib.