Trampın sosial şəbəkələrin fəaliyyəti ilə bağlı qərarı doğrudur - RƏYLƏR

12:38 31.05.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Sosial şəbəkələrin fəaliyyətinin hüquqi cəhətdən tənzimlənməsi artıq zərurətə çevrilib. ABŞ prezidenti Donald Trampın imzaladığı müvafiq sərəncamla yaranmış universal vəziyyət fonunda Azərbaycanda da bu sahədə əməli addımların atılması üçün münbit şərait yaranıb. 

Politoloq Qabil Hüseyinli də hesab edir ki, Trampın qaldırdığı təşəbbüs doğrudur. Ekspert hafta.az-a açıqlamasında deyib ki, sosial şəbəkələrdə yayım fəaliyyəti hazırda qanunla tənzimlənmir:

“Onlar heç bir məsuliyyət hiss etmirlər. Müxtəlif məqsədlər üçün sosial şəbəkələrdən istifadə edirlər. Terrorçuluqdan, ölkənin daxili siyasəti, o cümlədən təhqirlərə qədər nüanslar yer alır. Sözün həqiqi mənasında məsuliyyət hiss etməyən insanlar sosial şəbəkələrdə öz informasiyalarını yayırlar. Cinayətkar şəxslər haqqında interpol necə araşdırır, izləyirsə, sosia şəbəkədə məsuliyyətsiz adamlar haqqında da belə tədbirlər görülməlidir. Qırımızı xətlər olmalıdır. Ciddi sosial və siyasi məqsədlə hadisələrə rəvac verən, çağrışlar edən şəxslərə qarşı qanuni yolla lazımı tədbirlər həyata keçirilməldir. Sosial şəbəkələrdə özbaşınalığın qarşısı alınmasa daha böyük cinayətlərə gətirib çıxarar. Bu vaxtında qaldırılmış təşəbbüsdür”.

ABŞ Prezidenti Donald Trampın sosial şəbəkələrlə bağlı verdiyi qərar Azərbaycana da təsir edəcək və analoji qərarın verilməsinə gətirib çıxaracaq. Birmənalı demək lazımdır ki, bu qərar daha çox vətəndaşların maraqlarının qorunmasına yüklənib.

Bunu isə millət vəkili Razi Nurullayev hafta.az-a ABŞ Prezidenti Trampın sosial şəbəkələrlə bağlı verdiyi qərara münasibət bildirərkən dedi.  Deputatın fikrincə, hər bir kəs bu qanunda vətəndaş maraqları baxımından nəzərdən keçirilir və bunu doğru sayıram:

“Çünki vəzifəli şəxslər də digər istifadəçilər kimi sosial şəbəkələrin qurbanı kimi nəzədən keçirilir və siyasi fürsətçillərə yer qoymur. Bizdə də sosial şəbəkələrlə bağlı qərar verilən zaman istifadəçilərin söz azadlığını da qətiyyən məhdudlaşdırmaq olmaz. Amma verilən qərar vəzifəli şəxslər də daxil istifadəçiləri qeyri-etik məzmundan qorumalıdır.

Qeyri-etik, arzuolunmaz məzmunla bağlı sosial şəbəkə şirkətləri məsuliyyət daşıyır və bizim qanunda bu öz əksini tapmalıdır. YouTube və Facebook sosial şəbəkələrində xüsusi olaraq Prezidenti və ailəsini təhqir etmək üçün səhifələr yaradılıb. Əgər dövlətin birinci və ikinci şəxsləri təhqirə məruz qalırlarsa, digər vəzifəli şəxslərdən və adi istifadəçilərdən danışmağa dəyməz. Bu məsuliyyəti birbaşa Facebook, YouTube və Google-un rəhbərliyi Mark Zuckerberg, Sergey Brin, Larry Page və Sundar Piçay daşıyır. Prezident və ailəsi ilə bağlı təhqirlər günlərlə, aylarla qalır, pozulmur. Azərbaycan yeni qanunla tələb etməlidir ki, bu şirkətlər ölkə üzrə nümayəndə təyin etsinlər və onlar arzuolunmaz məzmunu pozmaq, qadağan etmək səlahiyyətinə malik olsunlar. Yoxsa, biz günlərlə çalışıb şirkətdə hansısa mininci adama çıxıb filan səhifəni bağla və ya filan yazını pozun deyə bilmərik. Hesab edirəm ki, sosial şəbəkələrə qanunvericiliklə naşir statusu verilməlidir, indiki forum statusu onları qanundankənar qoyur.

Millət vəkili bildirdi ki, əlavə olaraq, qanunla tənzimlənsin ki, hər bir online media qurumu, hər bir bloger, hər bir şirkət onun paylaşımlarının altında yazılan şərhlərə görə məsuliyyət daşısın:

“Hər bir kəs qanunla məsuliyyət daşımalı və onun məsuliyyət dairəsi də qanunla aydın şəkildə göstərilməlidir. Lakin biz söz azadlığına toxunmadan bunun işlək mexanizmini də düşünməliyik. İşlək mexanizm olmasa, qanun qəbul olunsa belə idarə etmək mümkün olmayacaq”.

 

Oxunma sayı 1707
Siyasət rubrikasından digər xəbərlər