Tuneldə qumbara aşkarlandı

12:52 22.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gədəbəydə 1 ədəd “RQM-D” markalı əl qumbarası və 1 ədəd “DVM” markalı partladıcı aşkarlanıb.

Hafta.az xəbər verir ki, bu barədə Penitensiar xidmətdən bildirilib.

Məlumata görə, Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində İmamquliyev Nurlan Kamil oğluna məxsus 1 ədəd “RQM-D” markalı əl qumbarası və 1 ədəd “DVM” markalı partladıcı Gədəbəy şəhəri, X.Haqverdiyev küçəsində köhnə tunelin içərisində aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Oxunma sayı 109