Türkdilli dövlətlərin prezidentləri bu gün bir araya gələcək

10:00 15.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII Zirvə Görüşü keçiriləcək.

Hafta.az xəbər verir ki, Zirvə Görüşündə türkdilli ölkələrin prezidentləri iştirak edəcəklər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstanın birinci Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov və Macarıstanın Baş Naziri Viktor Orban tədbirdə iştirak üçün Bakıya gəliblər.

Təbii ki, Zirvə Görüşünə Azərbaycan Prezidenti İlham Əliyev evsahibliyi edəcək 

İlk dəfə olaraq Özbəkistan da Türk Şurasının tamhüquqlu üzvü kimi iclasda iştirak edir. 


Türk Şurası türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir. 


Türk Şurası 1992-ci ildən etibarən keçirilən türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşlərindən qaynaqlanan ümumi siyasi iradənin nəticəsi olaraq yaranıb.

Siyasət rubrikasından digər xəbərlər