Türkiyə iki dəfə zəlzələ olub 

09:00 28.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Van əyalətində iki dəfə zəlzələ baş verib.

 

Hafta.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

 

Məlumata görə, yeraltı təkanlar Tuşba rayonunda yerli vaxtla saat 22:20-də 3,7 bal gücündə qeydə alınıb. Zəlzələ ocağı 15,7 km dərinlikdə yerləşib.

 

Bundan bir qədər sonra, Tuşbada saat 22:31-də 2,5 bal gücündə daha bir zəlzələ qeydə alınıb.

 

Təbii hadisənin fəsadları barədə məlumat yoxdur.

Oxunma sayı 90