Türkiyə S-400-ləri rusiyalı mütəxəssislərin iştirakı olmadan işlədəcək

22:00 16.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə S-400 zenit-raket kompleksləri istifadəyə verildikdən sonra rusiyalı mütəxəssislərin iştirakı olmadan fəaliyyət göstərəcək.

Hafta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir deyib.

“Hazırda türkiyəli mütəxəssislər Rusiyada təlimlərini davam etdirirlər. Biz bir neçə dəfə demişik ki, S-400 kompleksləri istismara verildikdən sonra rusiyalı mütəxəssislərə ehtiyac qalmayacaq”, - deyə İsmayıl Dəmir bildirib.

Onun sözlərinə görə, Rusiya istehsalı olan hava hücumundan müdafiə sistemləri 2020-ci ilin aprel ayınadək istifadəyə veriləcək.