“Türkiyə terroru dəstəkləyən ölkələrə qarşıdır” - Çavuşoğlu

17:46 15.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə NATO-nun açıq qapı siyasətini dəstəkləyir.

 

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

 

Onun sözlərinə görə, Türkiyə NATO-nun diplomatik departamentlərinin rəhbərlərinin görüşündə Finlandiya və İsveçin PKK terror təşkilatı ilə əlaqələrinə dair narahatlığını tərəfdaşların diqqətinə çatdırıb. 

 

"Türkiyə NATO-nun genişlənməsinə etiraz etmir, terroru dəstəkləyən ölkələrə qarşı çıxır", - deyə XİN başçısı rəsmi Ankaranın mövqeyini bir daha diqqətə çatdırıb.

Oxunma sayı 31