Türkiyə XİN rəhbəri Azərbaycan xalqını təbrik edib

13:36 09.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Xarici İşlər naziri Mövlüd Çavuşoğlu Azərbaycan xalqını 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə təbrik edib.

Hafta.az-ın məluamtına görə, bu barədə M.Çavuşoğlu öz rəsmi "Twitter" hesabında paylaşdığı videoda bildirib.

Xarici işlər naziri təbrikində deyib: “Bir millət, iki dövlət!” ifadəsi ilə güclənən qardaşlığımızı daha yüksək səviyyələrə çıxarmaq həm ortaq mirasımız, həm də həm də gələcək nəsillərə olan borcumuzdur. Türkiyə Azərbaycandır, Azərbaycan Türkiyədir! Azadlığımız, gələcəyimiz, əmin-amanlığımız bir-birinə bağlıdır.”

Qeyd edək ki, bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür.

Siyasət rubrikasından digər xəbərlər