Türkiyədə 18 minədək hərbçi vəzifədən azad edilib

19:31 21.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2016-cı il iyulun 15-dən etibarən Türk Silahlı Qüvvələrinin FETO terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən 17 min 866 hərbçisi vəzifəsindən azad edilib. Onlardan 150-i general və admiraldır.

Bu barədə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar məlumat verib.

Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi “Sülh çeşməsi” əməliyyatından danışan nazir bildirib ki, hərbi əməliyyatlar zamanı beynəlxalq müqavilələrlə qadağan edilmiş heç bir hərbi sursat və ya kimyəvi silahdan istifadə edilməyib. Əməliyyat nəticəsində Suriyanın 4300 kvadratkilometrlik ərazisi, o cümlədən 600 yaşayış bölgəsi nəzarət altına alınıb. “Sülh çeşməsi” əməliyyatının keçirildiyi gündən indiyədək təxminən 1200 terrorçu zərərsizləşdirilib.

İraqın şimalında keçirilən “Pəncə” əməliyyatı barədə məlumat verən H.Akar deyib ki, əməliyyat zamanı 158 terrorçu məhv edilib.