Türkiyədə 4,2 bal gücündə zəlzələ olub

23:53 27.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Elazığ vilayətində 4,2 bal gücündə zəlzələ baş verib.

Zəlzələlərin yerli vaxtla saat 19:12-də Sivricə bölgəsində baş verdiyi bildirilib.

Yeraltı təkanların ocağı 12 kilometrə yaxın dərinlikdə yerləşib.

 

Xatırladaq ki, yanvarın 24-ü Türkiyənin Elazığ əyalətinin Sivricə rayonunda 6.8 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb. Təbii hadisə nəticəsində ölənlərin sayı 40-a çatıb.