Türkiyədə 5,8 bal gücündə zəlzələ - ÖLƏN VAR

09:16 03.06.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.

Hafta.az xəbər verir ki, bu haqda Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata əsasən, yeraltı təkanların episentri Egey dənizində, Muğla vilayətinin Marmaris rayonundan 10,43 km məsafədə yerləşib. Zəlzələnin ocağı 67,91 km dərinlikdə olub.

Zəlzələ nəticəsində 69 nəfər yaralananlanıb. Bir nəfər həyatını itirib. Panik atak keçirərək xəstəxanaya çatıdırlan 14 yaşlı uşağı həkimlər xilas edə bilməyiblər. Hadisə nəticəsində Marmarisdə iki binada çatlar əmələ gəlib.