Türkiyədə avtobus qəzası: 15 nəfər öldü, 27 yaralı var

18:35 18.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Van bölgəsində mikroavtobus qəzaya uğrayıb.

Hadisə Vanın Özalp rayonunun Sürüyolu məhəlləsində qeydə alınıb.

Miqrantları daşıyan mikroavtobusun dərəyə yuvarlanması nəticəsində 15 nəfər ölüb, 27 nəfər yaralanıb.

Qəzanın səbəbləri məlum deyil. Hadisə yerinə xilasedicilər, təcili tibbi yardım heyəti və polis əməkdaşları cəlb olunublar.

Yaralıların bəzilərinin vəziyyətinin ağır olması səbəbindən ölü sayının artacağı istisna edilmir.