Türkiyədə daha 7 terrorçu öldürüldü

17:15 21.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin 3 şəhərində aparılan əməliyyatlar zamanı, biri “qara siyahı”da olmaqla, 7 terrorist zərərsiz hala gətirilib.

Məlumatı Türkiyənin Daxili İşlər Nazirliyi yayıb.

Məlumata görə, Diyarbakır Polis İdarəsinin əməkdaşlarının Lice kəndində apardığı əməliyyatda iki terrorçu öldürülüb. Onlardan birinin 300 min lirə mükafatla “qara siyahı”da yer alan "Fedai Koçer" kod adlı Yusuf Dəmir olduğu məlum olub.

Bundan əlavə, Mardinin Derik ərazisində keçirilən əməliyyatda 3, Bitlis kəndində isə 2 terrorçu məhv edilib.