Türkiyədə gün ərzində 6 zəlzələ olub

11:16 15.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Çankırı vilayətinin Çerkes bölgəsində üç zəlzələ baş verib.

4,1 bal gücündə ilk zəlzələ yerli vaxtla 21:08-də qeydə alınıb. Zəlzələlərin ocağı 10,22 kilometr dərinlikdə yerləşib. İkinci zəlzələ saat 21:12-də müşahidə edilib. Zəlzələnin maqnitudası 3,7, ocağı isə 11,46 kilometr dərinlikdə yerləşib.

4,3 bal gücündə olan üçüncü zəlzələ isə yerli vaxtla 22:03-də baş verib.

Zəlzələ yaxın əyalətlərdə hiss olunub.

Bunlardan əvvəl də Çerkes bölgəsində 4,7, 4,8 və 4,3 bal gücündə yeraltı təkanlar qeydə alınıb.