Türkiyədə hərbçilər qəzaya düşdü - Ölən var

10:00 06.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə hərbçiləri daşıyan avtobus Şanlı Urfa-Qaziantəp şosesində yük maşını ilə toqquşub.

Hafta.az xəbər verir ki, qəza nəticəsində 15 hərbçi yaralanıb.

Yaralılar xəstəxanalara yerləşdirilib. Hərbçilərdən biri xəstəxanada dünyasını dəyişib.