Türkiyədə zəlzələdə ölənlərin sayı 29 nəfərə çatıb - YENİLƏNİB

21:40 25.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Elazığ vilayətinin Sivricə bölgəsində 6,8 bal gücündə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb.

Hafta.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, zəlzələ nəticəsində 1234 nəfər xəsarət alıb. Zəlzələnin qeydə alındığı ilk andan etibarən 43 nəfər dağıntılar altından sağ çıxarılıb.

***

Türkiyədə baş vermiş 6.8 bal gücündə zəlzələdə ölənlərin sayı artıb.

Hafta.az-ın türk mətbuatına istinadən məlumatına görə, rəsmi qurumlar zəlzələdə 22 nəfərin öldüyünü açıqlayıb. Elazığda 18, Malatyada 4 nəfər təbii fəlakətin qurbanı olub. Yeraltı təkanlar zamanı 1031 nəfər yaralanıb.

Son məlumata görə, 30 nəfər dağıntılar altında qalıb.

Axtarış-xilasetmə işləri davam etdirilir.

***

Türkiyənin Elazığ bölgəsində baş verən dağıdıcı zəlzələ ilə bağlı axtarış-xilasetmə işləri davam edir.

Hafta.az türk mətbuatına istinadən bildirir ki, Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) və güc nazirlikləri fəlakət bölgəsində birgə çalışırlar. Yerli vaxtla 7:40-a olan məlumata görə yaralıların sayı 922 nəfərə çatıb. Onlardan 14-nün vəziyyəti ağırdır.

Hökumətin yaratdığı Fövqəladə Vəziyyət Məntəqəsində “Qaynar xətt” yaradılıb. Bildirilir ki, 20 nəfər həyatını itirib. Evləri dağılan və riskli hala düşən vətəndaşlar məktəblərdə, idman mərkəzlərində, digər azmərtəbəli binalarda yerləşiblər.

Ölkənin hər yerindən təbii fəlakət bölgəsinə yardım istiqamətləndirilib. Türkiyə Silahlı Qüvvələrinin 9 yük təyyarəsi Elazığ hava limanına enib.

Oxunma sayı 769
Dünya rubrikasından digər xəbərlər