Türkiyədə zəlzələdə ölənlərin və yaralananların sayı artıb.
Hafta.az xəbər verir ki, Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib ki, son məlumata görə, 3419 nəfər həyatını itirib, 20 534 nəfər xəsarət alıb.
***
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 3381 nəfərə yüksəlib.
Hafta.az-ın Türkiyə KİV-lərinə istinadən bildirir.
"7,7 bal gücündə baş verən zəlzələdə ölənlərin sayı nəfər 3381 nəfərə yüksəlib, yaralıların 20426 nəfərə çatıb. 5775 bina dağılıb", - deyə qeyd edilib.
Xatırladaq ki, dünən Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.