Türkmənistanda keçirilən kitab sərgi-yarmarkasında ölkəmiz də təmsil olundu

10:25 07.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkmənistanın paytaxtı Aşqabadda Ticarət və Sənaye Palatasının sərgi mərkəzində XIII Beynəlxalq kitab sərgi-yarmarkası və “Kitab -əməkdaşlıq və tərəqqi yoludur” adlı konfrans keçirilib.

Hafta.az AZƏRTAC-a istinadla  xəbər verir ki, kitab forumunda 20 ölkədən 70-dən çox iri şirkətin nümayəndəsi iştirak ediblər.

Görkəmli mədəniyyətşünaslar, çap sahəsində çalışan mütəxəssislər, ədəbiyyatşünaslar və yazıçıların dəvət olunduğu sərgi və konfransda Azərbaycanı “Şərq-Qərb” və “LitterPress” nəşriyyatı təmsil edib.

Stendlərdə bədii ədəbiyyat, uşaq nəşrləri, lüğətlər, incəsənət haqqında yeni çoxcildlik, dərsliklər təqdim olunub.

XIII Beynəlxalq kitab sərgi-yarmarka və "Kitab-əməkdaşlıq və tərəqqi yoludur" konfransının rəsmi bağlanış mərasimində iştirakçılara diplomlar təqdim edilib.

Xatırladaq ki, 2019-cu il Müstəqil Dövlətlər Birliyində “Kitab ili” elan olunub.