Türkmənistanın şərqində yeni neft və qaz yataqları tapıldı

10:20 14.05.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkməngeologiya Dövlət Korporasiyası ölkənin şərqində yerləşən Qərbi Qoturdəpə yatağında qazdıqları 1907 nömrəli kəşfiyyat quyusu sənaye əhəmiyyətli zəngin karbohidrogen xammalını aşkarlayıb.

Hafta.az-ın yazdığına görə, yeni quyunun dərinliyi təxminən 4 min metrdir və bu sahədə ən dərin quyudur.

Aşağı qırmızı yataqların 13-də zəngin neft və təbii qaz ehtiyyatları aşkar edilib. Mütəxəssislərin hesablamalarına görə, bu quyunun debiti sutkada 93,4 ton xam neft və 4430 kubmetr təbii qaz təşkil edir.

Mənbə qeyd edir ki, geoloji kəşfiyyat işlərinin uğurla başa çatdırılması bu yatağın qiymətli xammalın çıxarılması üçün böyük potensiala malik olduğunu təsdiqləyir.