Üç kafedən müxtəlif adda saxta spirtli içki aşkarlandı

15:51 18.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəki Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində fəaliyyət göstərən 3 kafedən, ümumilikdə, 62 ədəd müxtəlif adda və şüşə qablarda qablaşdırılmış, mənşəyi məlum olmayan və kustar üsulla hazırlanmış spirtli içki aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən aparılmış araşdırmalarla həmin spirtli içkilərin Baş Göynük kənd sakini M.Alcanov tərəfindən satılması müəyyən edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə M.Alcanovun yaşadığı evdən əlavə olaraq 43 ədəd müxtəlif adda və şüşə qablarda qablaşdırılmış, mənşəyi məlum olmayan və kustar üsulla hazırlanmış spirtli içkilər aşkar edilərək götürülüb.

Araşdırma aparılır.