Ucarda ağır qəza - 5 nəfər xəsarət aldı

09:00 26.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ucarda 5 nəfərin xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Hafta.az xəbər verir ki, hadisə gecə saatlarında Bərgüşad-Göyçay yolunun Ucar rayonunun Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb.

 

Cavanşir Ağarəhim oğlu Kərimovun idarə etdiyi "VAZ 2107" markalı minik maşını ilə "Opel" markalı minik maşınının toqquşması nəticəsində hər iki avtomobil yoldan çıxaraq yaxınlıqdakı su arxına düşüblər və ikisi azyaşlı olmaqla 5 nəfər Göyçay rayon sakinləri - 1995-ci il təvəllüdlü Əfsanə İsa qızı Kərimova, anası, 1970-ci il təvəllüdlü Şövqiyə Zaman qızı Həmidova, övladları, 2001-ci il təvəllüdlü Məriyəm Ceyhun qızı Kərimova, 2019-cu il təvəllüdlü Ömər Ceyhun oğlu Kərimli və hələlik şəxsiyyəti məlum olmayan "Opel" markalı maşının sürücüsü müxtəlif dərəcəli xəsarət alıblar.

 

Toqquşmanın təsirindən avtomobildə sıxılmış vəziyyətdə qalan yaralılar FHN-nın əməkdaşları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil veriliblər. Zərərçəkənlər əvvəlcə Ucar Rayon Mərkəzi Xəstəxanasına oradan isə Göyçay Rayon Xəstəxanasına aparılıblar.

 

Faktla bağlı araşdırma aparılır.

Oxunma sayı 26